Missiyamız

Missiyamız
Missiyamız



Şamaxı Hazırlıq Mərkəzi 2014-cü ilin sentyabrından Şamaxı şəhərində fəaliyyətə başlamışdır.

Hazırlıq Mərkəzinin əsas məqsədi müxtəlif istiqamətlər üzrə təhsil almaq istəyənlərə keyfiyyətli  təhsil vermək, ənənəvi və müasir təhsilin metod və prinsiplərini mənimsətməkdir. Kursumuzda dərslər Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul proqramı əsasında tədris olunur.

Şamaxı Hazırlıq Mərkəzində təhsil innovasiyalarından – elektron lövhələrdən istifadə edilərək Azərbaycan bölməsi üzrə təhsil xidmətləri aparılır.

IX, X, XI və məzun siniflərinə bütün ixtisas qrupları üzrə dərslər keçirilir. Dərslər təcrübəli və peşəkar müəllimlər tərəfindən tədris olunur.

Şagirdlərə bilik və bacarıqlarını daha yaxşı  nümayiş  etdirmələri üçün kursumuzda həftədə bir dəfə mövzu testi, ayda bir dəfə sınaq imtahanları keçirilir.